AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 12 Sentyabr 2020 - 13:51   
    Nazirlər Kabinetinin 333 №li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/4764/

     



    “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir.

    Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın  dəyişikliklər ilə bağlı bildiririk ki, “Dövlət rüsumu haqqında” Qanunun 12.2.3-cü maddəsindən “yaxud ən azı üç il müddətində azadlıqdan məhrum edilmiş şəxsdirsə” sözləri çıxarılmışdır.

    Qeyd edilən dəyişikliyə əsasən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün dövlət rüsumunun tutulmalı olan hərəkətlər dövlət rüsumundan azaddır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018