AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 16 Sentyabr 2020 - 16:48   
    Nazirlər Kabinetinin 340 №li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/4773/

     



    Bu Qərarla “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 24 yanvar tarixli 18 nömrəli Qərarında dəyişiklik edilmişdir.

    Dəyişikliyə əsasən, Cəmiyyətin strukturunun optimallaşdırılması məqsədi ilə yeni yaradılmış törəmə hüquqi şəxslər “ASCO Nəqliyyat” MMC və “ASCO Mühafizə” MMC “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin strukturuna əlavə edilmişdir.

    Həmçinin Cəmiyyət üzrə faktiki fəaliyyət göstərən “ACSC logistics” MMC-nin adı dəyişdirilərək “ASCO Logistics” MMC adlandırılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018