AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 16 Sentyabr 2020 - 19:39   
    Nazirlər Kabinetinin 341 №li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/4775/

     



    “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 iyul tarixli 2178 nömrəli Sərəncamına əsasən hər il ölkə üzrə son üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəriciləri əsasında su təsərrüfatı balansının təsdiq edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu Qərarına əsasən, “Su təsərrüfatı balanslarının respublika, su hövzələri və inzibati ərazi vahidləri üzrə tərtib edilməsi Qaydası”nın 1 nömrəli əlavəsi təkmilləşdirilərək yeni redaksiyada təsdiq edilmişdir.

    Sözügedən Qərarın qəbul edilməsi ölkə üzrə ilk dəfə su təsərrüfatı balansının təsdiq edilməsinə və onun əsasında ölkənin su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi qiymətləndirmələrin aparılmasına imkan yaradacaqdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018