AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 26 Sentyabr 2020 - 15:27   
    Baş Nazir Əli Əsədov ukraynalı həmkarına başsağlığı verib


    Sentyabrın 26-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov Ukraynanın Baş Naziri Denis Şmıqala başsağlığı məktubu göndərib. Məktubda deyilir:

    “Xarkov vilayəti yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018