AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 15 Oktyabr 2020 - 18:02   
    Nazirlər Kabinetinin 389 nömrəli Qərarına dair İ Z A H

    https://nk.gov.az/az/document/4842/

     



    Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri müqavilələrdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının və onlar üçün ehtiyat hissələrinin komisyon satışını tənzimləyən 1995-ci il 14 mart tarixli 58 nömrəli Qərarında nəqliyyat vasitələrinin satışının arayış-hesab əsasında həyata keçirilməsi nəzərdə tutulur.

    Götərilənləri nəzərə alaraq, nəqliyyat vasitələrinin, kənd təsərrüfatı texnikasının və onlar üçün ehtiyat hissələrinin komisyon satışını mülki qanunvericiliyə uyğun olaraq, bağlanılmış alqı-satqı müqavilə əsasında satılmasını tənzimləmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin adıçəkilən Qərarında müvafiq dəyişikliklər edilmişdir.

    Beləliklə, bu Qərar qüvvəyə mindiyi gündən komisyonçu ilə alıcı arasında  alqı-satqı “arayış-hesab” əsasında deyil, “alqı-satqı müqaviləsi” əsasında həyata keçiriləcək.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018