AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 15 Oktyabr 2020 - 20:06   
    Nazirlər Kabinetinin 394 nömrəli Qərara dair İZAH

    https://nk.gov.az/az/document/4848/

     



           “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 394 nömrəli Qərarla edilən dəyişikliyə əsasən, kənd təsərrüfatı təyinatlı torpaqların on bir aya qədər icarəyə və ya istifadəyə verilməsi zamanı notarius tərəfindən yüklülük arayışı tələb olunmayacaq, əvəzində müqavilədə torpağı istifadəyə verənin icarədara öhdəliklərdən azad torpaq sahəsini verdiyi haqqında müddəa yer alacaqdır. Nəticədə fermerlər yüklülük arayışının alınması üçün tələb olunan dövlət rüsumu və xidmət haqlarını ödəməkdən azad olacaq, torpaq istifadəsi ilə bağlı müqavilələrin rəsmiləşdirməsi təşviq ediləcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018