AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 16 Oktyabr 2020 - 20:04   
    Nazirlər Kabinetinin 397 nömrəli Qərarına dair IZAH

    https://nk.gov.az/az/document/4852/

     



    Ölkə vətəndaşları üçün düzgün psixoloji yardımın necə təmin edilməsi olduqca vacib və aktualdır.  Buna görə də ölkə ərazisində psixoloji yardımın növünə, formasına, müddətinə və keyfiyyətinə dair minimum tələbləri müəyyən edən sənəd hazırlanmışdır. Beləki göstərilən psixoloji yardımın bu yardım üçün müraciət edən şəxsin tələblərinə və ehtiyaclarına uyğun olması zəruridir. Sənəddə psixoloji yardım növlərinin seçilməsi (psixoloji profilaktika, psixoloji konsultasiya, psixoloji dəstək, psixoterapiya, psixoloji diaqnostika, psixoloji reabilitasiya və psixoloji təlim), eyni zamanda yardımın əlçatanlığı, iştirakçıların sayı, tərkibi və müddətindən asılı olaraq müxtəlif formalarda həyata keçirilməsi nəzərdə tutulur. Psixoloji yardım formasına görə həm fərdi, həm qrup, həm də ailəyə göstərilə bilər. Sənəddə həmçinin psixoloji yardımın biləavasitə və ya vasitəli yolla həyata keçirilməsi nəzərdə tutulur. Psixoloji yardımın vasitəli yolla həyata keçirilməsi ayrı-ayrı ərazilərdə yaşayan daha geniş əhalini əhatə edəcəyinə zəmin yaradır. Psixoloji yardımın növü, forması və müddəti seçilərkən onun keyfiyyəti də təmin olunmalıdır.

    Beləliklə, bu sənədin qəbul edilməsi ölkə əhalisinə göstəriləcək psixoloji yardımın müxtəlif növləri, formaları müddəti və keyfiyyətinə dair tələblərin reallaşdırılmasını nəzərdə tutur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018