AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 04 Noyabr 2020 - 17:00   
    Baş Nazir Əli Əsədov  Məsud Yılmazın vəfatı ilə əlaqədar Türkiyə səfirliyində başsağlığı verib


    Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 4-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyinə gedərək, səfir Erkan Özoral ilə görüşüb.

    Baş Nazir Əli Əsədov Türkiyə Respublikasının keçmiş Baş Naziri, görkəmli siyasətçi və dövlət xadimi Məsud Yılmazın vəfatı ilə əlaqədar başsağlığı verib.

    Baş Nazir səfirlikdə açılan matəm kitabına ürək sözlərini yazıb.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018