AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 07 Noyabr 2020 - 15:20   
    “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişiklik edilib


    Nazirlər Kabinetinin 446 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/4908/

     “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilərək

    • Qeyri-hökumət təşkilatlarının təsis sənədlərində edilən hər hansı bir dəyişikliklərin,
    • qeydə alınmış faktların hər bir sonrakı dəyişikliklərinin,
    • bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması,
    • Qrant müqavilələrinin (qərarlarının), xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydə alınmasının və ianələr üzrə məlumatların təqdim edilməsi,

    elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununlarına uyğun olaraq həyata keçirilməsi müəyyən edilmişdir.

    Bildiririk ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi.

    Bununla əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qərarlarında  dəyişiklik edilərək uyğunlaşdırılma aparılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018