AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 14 Noyabr 2020 - 16:01   
    Poçtla göndərilməsi qadağan olan malların və əşyaların “Siyahısı”nda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 449 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/4910/

     

    Qərar Azərbaycan Respublikasında gömrük nəzarətinin gücləndirilməsi və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə qəbul edilmişdir.

    Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 214-cü maddəsində, habelə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının qanunlarında göstərilən bəzi mallar və əşyalar “Poçt göndərişlərində göndərilməsi qadağan olan malların və əşyaların Siyahısı"nda öz əksini tapmamış, siyahının mətnində isə Nazirlər Kabinetinin 2001-ci il 31 may tarixli 105 nömrəli Qərarı ilə təsdiq edilmiş və artıq qüvvədən düşmüş “Fiziki şəxslər tərəfindən istehsal və kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi Qaydaları”na istinad edilmişdir.

    Qərarın qəbul edilməsi poçt göndərişləri üzərində gömrük nəzarətinin daha səmərəli həyata keçirilməsi, gömrük orqanlarının vəzifələrinin daha dəqiq müəyyənləşdirilməsi, habelə şəxslərin həmin mallar və əşyalarla bağlı düzgün məlumatlandırılması istiqamətində mühüm rol oynayacaqdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018