AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 26 Dekabr 2020 - 14:55   
    Dövlət Neft Fondunun Müşahidə Şurası büdcə layihəsini müzakirə edib


    Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının  növbəti iclası keçirilmişdir. 

    İclasda Dövlət Neft Fondunun 2021-ci il üzrə büdcə layihəsi, Fondun İnvestisiya siyasəti və Qaydaları, eləcə də digər məsələlər müzakirə edilmişdir.

    Dövlət Neft Fondunun 2021-ci il üçün büdcə layihəsinin cənab Prezidentə təqdim olunması barədə müvafiq qərar qəbul olunmuşdur. 


     

     







    © Nazirlər Kabineti 2008 - 2018