AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 30 Dekabr 2020 - 18:17   
    Dövlət tərəfindən mühafizə edilən mədəniyyət və arxeologiya abidələrinə dair Qərarlarda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 518 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5035/

     

    Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 173-VIQ nömrəli Qanunu qəbul edilərək Azərbaycan Respublikasının Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırılmışdır. Həmin ərazidə memarlıq abidələri mövcud olduğundan “Dövlət tərəfindən mühafizə edilməli olan mədəniyyət və arxeologiya abidələri siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli 140 nömrəli və  “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarlarında Madagiz sözu Suqovuşan sözü ilə əvəz edilmişdir.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018