AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 30 Dekabr 2020 - 19:10   
    “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” Qərarda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 515 № li Qərarına dair  İzah

    https://nk.gov.az/az/document/5033/

    Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Şəhərsalma Baş İdarəsi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilmişdir.

     Komitənin daxilində ştat vahidlərində dəyişikliklər edilmiş, sədrin birinci müavini və sədr müavini vəzifələri əlavə edilmişdir.   

    Eyni zamanda, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Əsasnaməsinə uyğun olaraq rəisi, birinci müavini və müavini vardır.

    Bunları nəzərə alaraq, Komitəyə əlavə olaraq 2, Memarlıq və Şəhərsalma Baş İdarəsinə isə 3  avtomobil ayrılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018