AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 08 Yanvar 2021 - 17:42   
    Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadıldı


    Nazirlər Kabinetinin  2 № li Qərarına dair izah

    https://nk.gov.az/az/document/5049/

     

    Məlum olduğu kimi hal-hazırda ölkəmizdə və dünyada koronavirus (COVID-19) epidemiyası ilə mübarizə tədbirləri davam etməkdədir və ölkə ərazisində yarada biləcək təhlükənin qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin intensivləşdirilməsi və effektivliyinin yüksəldilməsi məqsədilə karantinə götürülmüş müəssisələrdə vətəndaşlara genişmiqyaslı xidmətlər göstərilməkdədir. Bu xidmətlərin davamlılığının təmin olunması zəruriliyini nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında göstərilən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavələrin ödənilməsinin 2021-ci il martın 31-dək uzadılması Qərarda əks olunmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018