AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 12 Yanvar 2021 - 10:48   
    Yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyan Qərarın müddəti uzadıldı


    Nazirlər Kabinetinin 5 № li Qərarına dair İzah

     https://nk.gov.az/az/document/5053/

     

    “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 10 dekabr tarixli 471 nömrəli Qərarının qüvvədə olma müddətinin uzadılması ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı qəbul edilmişdir.

    Sözügedən Qərar velosiped istehsalı üçün ölkəmizə idxal edilən ehtiyat hissələrinin gömrük rüsumlarından azad olunmasının iki il müddətinə uzadılmasını ehtiva etməklə, yerli istehsalın və regionların sənaye potensialının inkişafına dəstək məqsədi daşıyır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018