AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Yanvar 2021 - 11:49   
    Bəzi mal-qara və ev toyuqlarının idaxalından gömrük rüsumu tutulmayacaq


    Nazirlər Kabinetinin 11 № li Qərarına dair İzah

     https://nk.gov.az/az/document/5099/

     

    Qərara əsasən Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına görə 0102 21 300 0 kodu ilə göstərilən safqanlı cins inəklər, 0102 21 900 0 kodu ilə göstərilən digər safqanlı cins diri iribuynuzlu mal-qara (düyələr istisna olmaqla), 0105 11 110 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin yumurtlayan növləri və 0105 11 190 0 kodu ilə göstərilən ev toyuqlarının ana və əcdad cinsi xətti ilə çoxaldılan cücələrin digər növləri idxal edilərkən 31 dekabr 2023-cü il tarixədək 0 dərəcə ilə idxal gömrük rüsumu tutulur.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018