AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 23 Fevral 2021 - 11:46   
    Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığa götürüldükdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququnu saxlayırlar


    Nazirllər Kabinetinin 40 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5164/

     

    “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanuna edilmiş dəyişikliyə əsasən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər bütün tipdən olan dövlət təhsil müəssisələrində, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi elmi təşkilatın magistratura səviyyəsində, habelə bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi hüququnu övladlığa götürüldükdə saxlayırlar.

    Qeyd ediləni nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişikliklər edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018