AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Mart 2021 - 11:05   
    Elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya  yararsız vəziyyətə salanlar haqqında məhkəməyə təqdimat veriləcək


    Nazirlər Kabinetinin 66 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5210/

     

    Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 iyun tarixli 146-VIQD nömrəli Qanunu ilə Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilərək  aşağıdakı məzmunda 39.0.2-1-ci maddə əlavə edilmişdir:

    “39.0.2-1. elektron nəzarət vasitəsini gəzdirməkdən imtina edənlər, onu zədələyənlər və ya digər üsulla yararsız vəziyyətə salanlar, yaxud həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün üzrsüz səbəbdən ona xidmət etməyənlər;”.

    Qeyd edilənləri nəzərə alaraq “Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısının və onların tətbiqi qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il  10 aprel tarixli 144 nömrəli Qərarında dəyişiklik edilməsi zərurəti yaranmışdır.

    Qərarda dəyişiklik edilərək cəzaya məhkum edilmiş, şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslər elektron nəzarət vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona  üzrsüz səbəbdən xidmət etmədikdə, müvafiq olaraq Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinə uyğun tədbirlərin görülməsi üçün icra məmuru (probasiya üzrə) tərəfindən məhkəməyə təqdimat verilir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018