AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Mart 2021 - 11:44   
    Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının doktoranturasına qəbul imtahanları zamanı STANAG sertifikatına malik olan namizədlər xarici dil imtahanından azad olunur


    Nazirlər Kabinetinin 67 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5211/ 

     

    Xarici dil üzrə beynəlxalq dil sertifikatı olan STANAG (Standardization Agreement 6001) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 3.10-1- ci bəndindəki siyahıya daxil edilmədiyi üçün Dövlət İmtahan Mərkəzinin bazasına yerləşdirilməmişdir. 

    STANAG  NATO-da dil səviyyəsinin qiymətləndirilməsi üzrə ən aparıcı mexanizm hesab olunur. NATO-nun bütün tərəfdaşlıq proqramlarına qoşulmuş ölkələr Alyans çərçivəsində keçirilən tədbirlərə cəlb olunan, eləcə də vəzifələrə təyin edilən zaman onlardan STANAG sertifikatı tələb olunur. Bu baxımdan, Silahlı Qüvvələrin şəxsi heyətinin dil bacarıqlarının STANAG əsasında mütəmadi qiymətləndirilməsi aparılır.  

    Bununla əlaqədar olaraq, STANAG sertifikatına malik olan namizədlərin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının adyunkturasına (doktoranturasına) qəbul imtahanları zamanı xarici dil imtahanından azad olunması məqsədilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti Qərar qəbul edib.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018