AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Mart 2021 - 11:48   
    Övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinətin verilməsi proseduru müəyyən edildi


     Nazirlər Kabinetinin 68 №-li Qərarına dair izah

    https://nk.gov.az/az/document/5212/

     

    “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 oktyabr tarixli 181-VIQD nömrəli Qanuna müvafiq olaraq övladlığa götürülən uşağa, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa görə müavinət növü müəyyən edilmişdir.

    Bununla əlaqədar olaraq, “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarında dəyişiklik edilmiş və həmin Qərarda 18 yaşınadək uşağa görə müavinətın verilməsi proseduru müəyyən edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018