AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Mart 2021 - 11:50   
    Vahid büdcə təsnifatında  müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Günü əlavə olundu


    Nazirlər Kabinetinin 69 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5213/

     

    Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 217-VIQD nömrəli Qanunu ilə Əmək Məcəlləsinə “Azərbaycan Respublikasında Anım Günü” adlı yeni 106-1-ci maddə əlavə edilmişdir.

    Bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında müəyyən tədbirlərin keçirilməsi ilə bağlı nəzərdə tutulan xərclər hissəsində tədbirlərin siyahısına Azərbaycan Respublikasında Anım Gününün əlavə olunması zərurəti yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018