AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 08 Aprel 2021 - 15:12   
    Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası təsdiq edildi


    Nazirlər Kabinetinin 89 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5247/

     

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, dövlət qulluqçusunun cari fəaliyyətinə nəzarətin həyata keçirilməsi məqsədilə onun xidməti fəaliyyəti hər təqvim ilinin sonunda qiymətləndirilir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin məqsədi onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən, onun potensial imkanlarının aşkara çıxarılması və həmin imkanlardan səmərəli istifadə edilməsi, dövlət qulluqçusunun peşə səriştəliyini artırmağa stimullaşdırılması və işçinin gələcək inkişafını müəyyən etməkdən ibarətdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018