AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 14 Aprel 2021 - 19:17   
    Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 14-də ölkəmizdə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar Türkiyə Respublikasının fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral ilə görüşüb.

    Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə edildi.

    Prezident İlham Əliyevin səfirin Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirdiyi vurğulandı.

    Baş nazir Türkiyə səfirinə gələcək fəaliyyətində uğurlar arzuladı.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018