AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 19 Aprel 2021 - 15:48   
    Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Qərarda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 98 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5262/

     

    Tələbə qəbulunun nəticələri araşdırılarkən müəyyən edilmişdir ki, ali təhsil müəssisələrinə qəbul zamanı dövlət sifarişli yerlər tam istifadə olunmur. Demək olar ki, hər il ali təhsil müəssisələrinə tələbə qəbulu zamanı müəyyən ixtisaslar üzrə dövlət sifarişli yerlər boş qalır. Bu isə nəinki tələbələr arasında haqlı narazılıqlara, eləcə də təqaüd sayının proqnozdan az olmasına səbəb olur.

    Bununla əlaqədar Nazirlər Kabinetinin tələbələrin sosial müdafiəsini gücləndirmək  və sözügedən dövlət sifarişli yerlərdən tam istifadəni təmin etmək məqsədi ilə tələbə qəbulu üzrə müsabiqənin nəticələrinə əsasən həmin yerlər boş qaldığı halda, tələbə qəbulu imtahanlarında ən yüksək nəticələr göstərmiş eyni ixtisas üzrə (eyni ixtisas üzrə namizəd olmadıqda eyni ixtisas qrupu üzrə) ödənişli əsaslarla təhsilalanın bu yerə keçirilməsini nəzərdə tutan Qərarı qəbul olunmuşdur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018