AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 20 Aprel 2021 - 19:03   
    Sosial müavinətlərlə bağlı Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 101 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5265/

     

    “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2020-ci il 29 dekabr tarixli 241-VIQD nömrəli Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında “Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərin (şəhid olanların, müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin, Çernobıl AES qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, habelə Çernobıl AES qəzası nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan 16 yaşadək (ümumtəhsil müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək)” sözləri “müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının” sözləri ilə əvəz edilmişdir və digər aktlarda bu kimi bir sıra müvafiq dəyişikliklər aparılmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018