AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 20 Aprel 2021 - 22:05   
    Baş nazir Əli Əsədov ilə Rusiya Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub


    Aprelin 20-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova telefonla zəng edib.

    Telefon danışığı əsnasında Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin artmasından və qarşılıqlı tədarük olunan məhsul çeşidinin genişlənməsindən məmnunluq ifadə edildi.

    Hacıqabul sənaye məhəlləsində "GAZel-NEXT" və "GAZon NEXT" kommersiya yük maşınlarının yığım istehsalı zavodunun istismara verilməsi məmnuniyyətlə vurğulandı.

    Həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olundu.

    Mixail Mişustin Əli Əsədovu Rusiya Federasiyasına rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul edildi.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018