AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 03 May 2021 - 12:57   
    İnsan orqanı və toxumalarının donorluğuna və transplantasiyasına dair bəzi dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 121 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5298/

     

    Nazirlər Kabinetinin müvafiq qərarlarında edilən dəyişikliklərdə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun yeni redaksiyasına əsasən “əzalar” ifadəsi “orqan” ifadəsi ilə əvəz edilmiş, daha əvvəl qüvvədə olan Qanunda istifadə olunan “konservasiya” ifadəsi yeni Qanuna uyğun olaraq “götürülmə, hazırlanma və saxlanma” ifadəsi ilə əvəz edilmişdir. “Konservasiya” anlayışı yalnız “qan”a münasibətdə saxlanılmışdır. Belə ki, mövcud qanunvericiliyə əsasən qan tədarük və konservasiya olunur, orqan və toxumalar isə götürülür, hazırlanır və saxlanılır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018