AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 01 May 2021 - 15:46   
    Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edildi


    Nazirlər Kabinetinin 124 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5297/

     

    Dəyişikliklərə əsasən:

    Xəstəliyə yoluxma riskinin azaldılması məqsədilə hava gəmisində olan sərnişinlərə profilaktik sanitar-gigiyena tədbirləri (əl gigiyenası, fiziki məsafə (bundan sonra – məsafə), tənəffüs gigiyenası və digər profilaktik tədbirlər) barədə məlumat veriləcək, habelə hava gəmisində ümumi istifadədə olan səthlər mütəmadi təmizlənəcək və dezinfeksiya ediləcək.

    Uçuşdan əvvəl 48 saat ərzində COVID-19-a dair yalnız PCR testindən keçən, nəticələri neqativ olan sərnişinləri reysə qəbul edirlər.

    Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra passport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər.

    Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaqlar, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaqlar və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

    Arayışın elektron qaydada yoxlanılması məqsədilə arayışda elektron təsdiq atributları (QR-kod, eyniləşdirmə nömrəsi və s.) olan şəxslərin müvafiq yoxlanış yerlərindən sürətli keçidi təmin ediləcək.

    Eyni zamanda şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasında müvafiq dəqiqləşdirmələr aparılmışdır. Bundan sonra yalnız  aşağıdakı şəxsi istifadə əşyalarının əl yükü kimi daşınmasına yol verilir:

    • Qadın əl çantası və ya kişi portfeli
    • Ölçüləri 30x35x10 sm-dən böyük olmayan foto/videokamera
    • Portativ kompüter çantası (çantalar yalnız təyinatı üzrə istifadə edilməlidir)
    • Üst geyimi, palto və ya plaş, portpleddə kostyum (yalnız təyinatı üzrə istifadə edilməlidir)
    • Gül dəstəsi
    • Uşaqlarla uçuş zamanı uşaq yeməyi və uşaq yol beşiyi
    • Çətir
    • Uçuş zamanı oxumaq üçün qəzet, jurnal və digər materiallar
    • Ev heyvanlarının daşınmasını tənzimləyən müvafiq qaydalara riayət etməklə ev heyvanlarının daşınmasına icazə verilir.

     

     







    © Nazirlər Kabineti 2008 - 2018