AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 03 May 2021 - 18:48   
    İxtisas attestatının verilməsinə dair ərizə formasının hissəsində dəyişiklik edildi


    Nazirlər Kabinetinin 127 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5302/

     

    “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 6 noyabr tarixli 192-VIQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunun edilən dəyişikliklərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnformasiya məhsulunun yaş təsnifatının aparılması üzrə ekspertlərə ixtisas attestatının verilməsi, attestatın qüvvədəolma müddətinin dayandırılması və ya ona xitam verilməsi, ekspertlərin və ekspert təşkilatlarının reyestrinin aparılması və onların fəaliyyətinə nəzarət Qaydaları”na 1 nömrəli əlavə - “İxtisas attestatının verilməsinə dair ərizə forması”nın 6-cı hissəsi aşağıdakı redaksiyada verilmişdir:

    “6. Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarına münasibətdə həmin kvalifikasiyaların tanınması tələb edildiyi halda, kvalifikasiyaların tanınması haqqında şəhadətnamənin nömrəsi _________”.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018