AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 04 May 2021 - 18:03   
    Nazirlər Kabinetinin müvafiq qərarlarında şərti maliyyə vahidi ifadəsi rəqəmlərlə əvəz edildi


    Nazirlər Kabinetinin 128 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5303/

     

    “Şərti maliyyə vahidi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 22 dekabr tarixli 229-VIQ nömrəli Qanunu qüvvəyə minmişdir.

    Belə ki, sözügedən Qanunla 2020-ci il 22 dekabr tarixindən Azərbaycan Respublikasında “şərti maliyyə vahidi” ləğv edilmişdir.

    Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarında “şərti maliyyə vahidi” ifadəsi (norması) konkret rəqəmlərlə əvəz edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018