AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 07 May 2021 - 19:28   
    Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturu təkmilləşdirildi


    Nazirlər Kabinetinin 132 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5309/

    Nazirlər Kabinetinin Qərarında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxil olan və olmayan tabeliyindəki qurumların strukturunun təkmilləşdirilərək onların bazasında yeni qurumların yaradılması ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur. Qərar aqrar sahənin inkişafının təmin edilməsi, bu sahədə idarəetmənin müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən Nazirliyin strukturunun təkmilləşdirilməsi, effektiv tənzimləmə sisteminin qurulması, göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və həyata keçirilməsində keyfiyyətə nəzarətin təşkili, elm, istehsal və xidmət sahəsində fəaliyyətin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi məqsədilə hazırlanmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018