AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 25 May 2021 - 17:28   
    “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”na və domen adlarının reyestrinə daxil edilən məlumatların siyahısına dəyişiklik edildi


    Nazirlər Kabinetinin 147 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5332/

     

    “az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi Qaydaları”nın və “Domen adlarının reyestrinə daxil edilən məlumatların Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilərək həmin qərarda “domen adlarının milli inzibatçısı” anlayışı verilmiş, domen adlarının milli inzibatçısı tərəfindən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının qeydiyyatına və onlara texniki xidmət göstərilməsinə görə ödənişin məbləğlərinin aidiyyəti dövlət orqanı ilə razılaşdırılmasına dair müddəalar əlavə edilmişdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018