AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 29 May 2021 - 10:18   
    Ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün daha dəqiq hesab olunan resurs metodu tətbiq ediləcək  


    Nazirlər Kabinetinin 150 №-li Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5337/

     

    Qəbul edilmiş Qərar ölkə ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün 2021-ci il oktyabrın 1-dən daha dəqiq hesab olunan resurs metodunun tətbiq ediləcəyi ilə əlaqədar aşağıdakı limitləşdirilmiş xərc normalarının müəyyənləşdirilməsi, təsdiq və tətbiq edilməsi məqsədilə hazırlanmışdır:

    - Tikintidə üstəlik xərclərin normativləri;

    - Tikintidə smeta gəlirinin normativlərı;

    - Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin (texniki nəzarətin) saxlanılması xərclərinin smeta normativləri;

    - Nəzərdə tutulmamış işlər və xərclər üzrə ehtiyat vəsaitinin səviyyəsinin müəyyənləşdirilməsi üçün normativlər;

    - Müəllif  nəzarəti  üzrə  vəsaitin  miqdarının  təyin  edilməsi  üçün  normativlər;

    - Küləyin  təsiri  ilə  əlaqədar  olan  xərclərin  təyin  edilməsi  üçün  normativlər;

    - Müvəqqəti  bina  və  qurğuların  tikintisi  üzrə  sərflərin smeta normaları;

    - Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları.

    Qərar 2021-ci il oktyabrın 1-dən qüvvəyə minir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018