AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 28 May 2021 - 09:15   
    Bir sıra hökumət başçıları Baş nazir Əli Əsədovu Respublika Günü münasibətilə təbrik edib


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Respublika Günü münasibətilə Türkiyə Respublikasının, İran İslam Respublikasının və Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidentləri, Rusiya Federasiyasının, Gürcüstanın, Ukraynanın, Qazaxıstan Respublikasının, Özbəkistan Respublikasının, Qırğız Respublikasının, Tacikistan Respublikasının, Belarus Respublikasının, Moldova Respublikasının, Macarıstanın, Polşa Respublikasının, Bolqarıstan Respublikasının, Çex Respublikasının, Xorvatiya Respublikasının, Rumıniyanın, Bosniya və Herseqovinanın, Yunanıstan Respublikasının, İndoneziya Respublikasının, Qətər Dövlətinin, Küveyt Dövlətinin, Əlcəzair Xalq Demokratik Respublikasının, Banqladeş Xalq Respublikasının, Şri-Lanka Demokratik Sosialist Respublikasının hökumət başçıları, həmçinin Əbu-Dabinin Vəliəhdi tərəfindən təbrik məktubları ünvanlanıb.

    Təbrik məktublarında Azərbaycan ilə adıçəkilən ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı məmnunluqla qeyd edilib, ikitərəfli əlaqələrin bundan sonra daha da da möhkəmlənəcəyinə əminlik ifadə olunub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018