AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 07 Iyun 2021 - 20:16   
    “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edildi


    Nazirlər Kabinetinin 159 №-li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5356/

    2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.

     

    Qeyd ediləni nəzərə alaraq aşağıdakı dəyişikliklər edilmişdir:

    1.  Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının  və Azərbaycan Respublikası Təhsil Nazirliyinin  rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.

    2. Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018