AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 10 Iyun 2021 - 18:30   
    İnternet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması Qaydasında dəyişiklik edildi


    Nazirlər Kabinetinin 166 №-li Qərarına dair İzah

     https://nk.gov.az/az/document/5371/

    Qərar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun 13-1-ci maddəsinə uyğun olaraq internet telekommunikasiya xidməti göstərən operatorların və provayderlərin uçotunun aparılması sahəsində dövlət tənzimlənməsinin həyata keçirilməsi üzrə fəaliyyətin effektivliyini və operativlik səviyyəsini artırmaq məqsədilə qəbul edilmişdir.

    Qərarın qəbul edilməsi internet telekommunikasiya xidmətlərini göstərən subyektlərin uçot prosesinin müasir tələblərə uyğun olaraq təkmilləşdirilməsinə, habelə normativ hüquqi akta əsaslanan uçota alınma üzrə prosedurların işlək mexanizm kimi tətbiqinin təmin olunmasına xidmət edəcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018