AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 26 Iyul 2021 - 20:02   
    Uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin forması, hazırlanması və təqdim edilməsi Qaydaları təsdiq edildi


    Nazirlər Kabinetinin 217 № li Qərarına dair İzah

    https://nk.gov.az/az/document/5481/

     

    Qərar ““Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanında verilmiş tapşırığa uyğun hazırlanmışdır.

    Qayda təsərrüfat subyektləri tərəfindən malın, onunla əlaqəli prosesin və istehsal metodununa uyğunluq sertifikatının və uyğunluq bəyannaməsinin əldə edilməsi prosedurlarını tənzimləyir.

    Bu proseduralar yüksək, orta və aşağı riskli malların, onunla əlaqəli prosesin və istehsal metodunun istehsalı mərhələsində, həmçinin mal bazara yerləşdirilməzdən və istismara verilməzdən əvvəl texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiqləyir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018