AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 13 Sentyabr 2021 - 14:05   
    “Dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitdən (o cümlədən tutulan xidmət haqlarından) istifadə Qaydası” təsdiq edilib


    Nazirlər Kabinetinin 257 № li Qərarı barədə İzah

    https://nk.gov.az/az/document/5561/

     

    Qərarda dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən vəsaitin onların funksional fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri xərclərin ödənilməsinə, işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi ilə vəzifə maaşlarına əlavələrin verilməsinə, mükafatlandırılmasına, elmi-texniki potensialın artırılmasına, əlavə təhsil almasına, qurumların maddi-texniki bazasının möhkəmləndirilməsinə və qanunvericiliklə qadağan edilməyən digər xərclərin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulur.

    Həmin Fərmanın 3-cü hissəsinə əsasən, zəruri hesab edildiyi halda qurumun tabe olduğu dövlət orqanının əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün yuxarıda qeyd edilən vəsaitdən istifadə olunması da nəzərdə tutulub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018