AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 21 Sentyabr 2021 - 19:10   
    Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib


    Sentyabrın 21-də Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının növbəti iclası keçirilib.

    İclasda 2022-ci il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələri, 2021-2025-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, həmçinin Dövlət Sosial Müdafiə Fondu və İşsizlikdən sığorta fondunun 2022-ci il üçün büdcə layihələri müzakirə olunub.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018