AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 13 Oktyabr 2021 - 19:00   
    “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi


    Nazirlər Kabinetinin 306 nömrəli Qərarına dair İZAH

     https://nk.gov.az/az/document/5621/

    Bildiririk ki, “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədilə  2016-cı ilin sentyabr ayından “Elektron icra” informasiya sistemi yaradılmış və 2017-ci ildən bütün icra qurumlarında tətbiqinə başlanılmışdır.

    Qərarda “Elektron icra” informasiya sisteminin fəaliyyətinin prinsiplərinin, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, funksiyalarının, o cümlədən sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları üçün fəaliyyətlərinin təşkili əsaslarının müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.

    İcra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı icra məmurlarının borclu hüquqi və fiziki şəxsin əmlakı, o cümlədən pul vəsaitləri və digər maddi sərvətləri barədə məlumatı ”Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək hüququ vardır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018