AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 26 Noyabr 2021 - 18:33   
    Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədləri təsdiq edildi


    Nazirlər Kabinetinin 370 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5719/  

    “Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilmişdir.

    “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Şuşa şəhərinin inzibati sərhədlərinə bitişik yerləşən və onunla təbii-landşaft, sosial, tarixi, mədəni və ya təsərrüfat bağlılığı olan və ya Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizəsi, qorunması və ya inkişafı üçün əhəmiyyətə malik olan ərazilərdə mühafizə zonasının sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulmuşdur.

    Qərara əsasən qoruğun mühafizə zonasının sərhədləri müəyyən edilmiş, ərazidə fəaliyyətin tənzimlənməsinə və qoruq rejiminin tətbiqinə hüquqi zəmin yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018