AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 02 Dekabr 2021 - 12:16   
    Nazirlər Kabineti “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik etdi


    Nazirlər Kabinetinin 378 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5729/

     

    Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020-2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın 4.1.6-cı yarımbəndinin icrası, həmçinin Dövlət Miqrasiya Xidmətinin insan alveri qurbanlarının repatriasiyası məsələlərində iştirakını nəzərə alaraq, şəxsin yenidən insan alverinin qurbanı olmaq riskinin qarşısının alınması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “İnsan alveri qurbanlarının repatriasiya Qaydaları”nda dəyişiklik edilmişdir.

    Bu Qərar şəxsin gələcəkdə yenidən insan alverinin qurbanı olmaq riskinin qiymətləndirilməsi və qarşısının alınması istiqamətində preventiv tədbirlərin görülməsində səmərəliliyi artırmaqla, insan alverinin qurbanlarının repatriasiyasının təkmilləşdirilməsini nəzərdə tutur. Belə ki, müvafiq dəyişiklik insan alverindən zərər çəkmiş şəxsin müdafiəsi və sosial reabilitasiyası ilə bağlı dövlət qurumları ilə birgə həyata keçirilən tədbirlərin əhatə dairəsini genişləndirməklə, şəxsin gələcəkdə yenidən insan alverinin qurbanı olmaq riskinin araşdırılması, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində görülən tədbirlərin effektivliyini artıracaqdır.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018