AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 09 Dekabr 2021 - 15:03   
    “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə təsdiq edildi


    Nazirlər Kabinetinin 386 nömrəli Qərarına dair İZAH

     https://nk.gov.az/az/document/5739/

     

    “ASAN müraciət” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “ASAN müraciət” informasiya sisteminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmışdır.

    Qərarda vətəndaşların kommunal, yol, nəqliyyat problemləri və ictimai əhəmiyyət kəsb edən digər məsələlər üzrə nəzarətin həyata keçirilməsi ilə bağlı müraciətlərini elektron xəritə üzərində qeyd olunaraq aidiyyəti dövlət qurumlarına operativ surətdə göndərilməsini təmin edən “ASAN müraciət” informasiya sisteminin formalaşdırılmasının, aparılmasının və digər dövlət informasiya sistemləri və ehtiyatları ilə inteqrasiyanın hüquqi, təşkilati və texnoloji əsasları müəyyən edilmişdir.

    Qərarın qəbulu vətəndaşların “ASAN müraciət” informasiya sistemi vasitəsilə yuxarıda qeyd edilmiş məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılmasında operativliyin təmin olunmasına və ictimai nəzarətin daha da təkmilləşməsinə xidmət edəcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018