AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 17 Dekabr 2021 - 18:48   
    “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Qərara dəyişiklik edildi


    Nazirlər Kabinetinin 394 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5751/


    Qərar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2021-ci il 30 sentyabr tarixli 381-VIQD nömrəli Qanununa uyğunlaşdırmanı təmin etmək məqsədilə hazırlanmışdır.

    Həmin Qanunla edilmiş dəyişikliyə əsasən şəhidin ailə üzvlərinə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada verilən təminatlar sırasına sosial iş yerlərinin və işsiz şəxslərin özünüməşğulluğunun, habelə peşə hazırlığının təşkili zamanı onlara üstünlük verilməsi də əlavə edilmişdir.

    Bununla əlaqədar “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında” Nazirlər Kabinetinin Qərarında dəyişiklik edilməsinə zərurət yaranmışdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018