AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Dekabr 2021 - 12:01   
    Gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsi endirildi


    Nazirlər Kabinetinin 395 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5752/

     

    Qərar ölkədə rəqabətqabiliyyətli qeyri-neft məhsulları istehsalının stimullaşdırılması, gön və dəri məhsullarının xammal kimi istifadə olunduğu istehsal və emal sahələri üzrə yerli sənaye müəssisələrinin xammal təchizatının yaxşılaşdırılması və səmərəli fəaliyyətinin təmin edilməsi məqsədilə hazırlanmışdır.

    Qərar xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının 4101 20 100 0, 4101 20 300 0, 4101 20 500 0, 4101 20 800 0, 4101 50 100 0, 4101 50 300 0, 4101 50 500 0, 4101 50 900 0, 4101 90 000 0, 4102 10 100 0, 4102 10 900 0, 4102 21 000 0, 4102 29 000 0 və 4105 10 000 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının mövcud dərəcəsi saxlanılmaqla, 4104 11 100 0, 4104 11 510 0, 4104 11 590 0, 4104 11 900 0, 4104 19 100 0, 4104 19 510 0, 4104 19 590 0 və 4104 19 900 0 alt yarımmövqelərində təsnifləşdirilən gön və dəri məhsullarına tətbiq olunan müddətli ixrac rüsumlarının dərəcəsinin 1000 kq üçün 350 ABŞ dollarından 150 ABŞ dollarına endirilməklə qüvvədə olma müddətinin 31.12.2023-cü il tarixinədək uzadılmasını nəzərdə tutur.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018