AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 21 Dekabr 2021 - 12:03   
    Nazirlər kabineti “Açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğinin, ödənilməsi və ondan istifadə Qaydası”nı təsdiq etdi


    Nazirlər Kabinetinin 396 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5753/

     

    Qərar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinin icrası məqsədilə hazırlanmışdır və həmin Qanunun 50-1.1-ci maddəsinə uyğun olaraq dövlət satınalmalarının vahid internet portalında açıq tender və ya kotirovka sorğusu üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçirilən satınalmalarda iştirak haqqının məbləğini, ödənilməsini və iştirak haqqından yığılan vəsaitdən istifadə qaydasını müəyyən edir.

    Vəsaitdən dövlət satınalmalarının vahid internet portalını istismar etmək, təkmilləşdirmək və saxlamaq, internet portalının təhlükəsizliyini, digər dövlət qurumları ilə inteqrasiyasını, elektron hesablaşmalar sisteminə qoşulmasını, məlumat və verilənlər sisteminin qorunmasını təmin etmək, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək, elmi-texniki potensialını artırmaq və maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə istifadə olunur.

    Qaydanın tətbiqi ilə müvafiq sahədə dövlət-özəl tərəfdaşlığı prinsipinə uyğun olaraq elektron satınalmaların tətbiq dairəsi daha da genişlənəcək, aşkarlıq əsasında bütün sahibkarlara bərabər rəqabət mühiti yaradılmaqla yanaşı, kotirovka sorğusu prosedurunun elektronlaşdırılması, iştirak haqlarının sabit məbləğdə müəyyənləşdirilməsi, açıq tenderdə iştirak etməli olan mikro, kiçik və orta sahibkarların aktiv iştirakı, o cümlədən dövlət satınalmalarında elektron əlçatanlıq və şəffaflıq təmin ediləcəkdir.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018