AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 22 Dekabr 2021 - 18:37   
    Aqrar sığorta üzrə təminat verilən risklərin siyahısı genişləndirildi


    Nazirlər Kabinetinin 397 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5755/ 


    Qərarda sel və ya subasmanın, leysanın, ildırımın, şaxtavurmanın (donvurmanın), normadan artıq yağan qar yağıntılarının və kənd təsərrüfatı heyvanlarına münasibətdə kimyəvi maddələrin təsirindən zəhərlənmə nəticəsində ölüm risklərinin aqrar sığorta üzrə təminat verilən risklərin tərkibinə daxil edilməsi nəzərdə tutulur. 

    Belə ki, müvafiq dəyişikliklə aqrar sığorta predmetləri üzrə təminat verilən risklərin tərkibi artırılmaqla, aqrar sığorta sistemində əmlak mənafeləri sığortalanan kənd təsərrüfatı məhsullarının istehsalçısı olan fiziki və ya hüquqi şəxslərin sayının artmasına imkan yaranacaqdır.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018