AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin bülletenləri | 30 Dekabr 2021 - 10:01   
    Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrində dəyişiklik edildi


    Nazirlər Kabinetinin 417 nömrəli Qərarına dair İZAH

    https://nk.gov.az/az/document/5785/

     

    Qərara əsasən aşağıdakı məhsullarda (ərzaqlıq və damazlıq yumurta, pomidor, soğan, xiyar və kornişon, fındıq, alma, armud, üzüm, xurma, meyvə-tərəvəz şirələri, meyvə-tərəvəz suyu və energetik içkilər, sement və klinker (ağ klinker istisna olmaqla), gips və anhidrit, bentonit, inşaat kərpicləri və blokları, alçipan, kafel və metlax) spesifik idxal rüsumlarının qüvvədə olma müddəti 31.12.2023-cü il tarixinədək uzadılmışdır, habelə (odadavamlı kərpiclər və bloklar və digər odadavamlı keramika məmulat və materiallarda, bud, böyük baldır sümüyü və ona bitişik ətraf əzələlər olmadan toyuq ayağı və onun hissələri, ağ sementin klinkeri (ağ klinker) spesifik idxal rüsumlarının tətbiqi dayandırılmışdır.

    Eyni zamanda tibbi respiratorların idxalına tətbiq olunan azadolmanın və tibbi maskaların idxalına tətbiq olunan spesifik rüsumun qüvvədə olma müddəti 2022-ci ilin 31 dekabr tarixinədək uzadılmışdır.

     


     

     







    © Nazirlər Kabineti 2008 - 2018