AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Mətbuat xidmətinin məlumatı | 27 Aprel 2022 - 18:48   
    Baş nazir Əli Əsədov Gürcüstanın xarici işlər naziri ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 27-də Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili ilə görüşüb.

    Görüşdə Azərbaycan-Gürcüstan əlaqələrinin geniş gündəliyə malik olduğu qeyd edildi. Həm ikitərəfli, həm də çoxtərəfli formatda münasibətlərin inkişafından məmnunluq ifadə olundu. Birgə həyata keçirilən nəqliyyat və enerji layihələrinin önəmi vurğulandı.

    Görüşdə Azərbaycan ilə Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018