AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ








       Görüşlər | 18 May 2022 - 17:25   
    Baş nazir Əli Əsədov Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb


    Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 18-də Litva Respublikasının Prezidenti Qitanas Nauseda ilə görüşüb.

    Görüşdə Azərbaycan-Litva münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.

    İki ölkənin prezidentlərinin iştirakı ilə Bakıda keçirilən Azərbaycan-Litva biznes forumunun əhəmiyyəti vurğulandı.  

    Görüşdə Azərbaycan ilə Litva arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, humanitar, turizm və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.


     

     







    © Nazirlər Kabineti 2008 - 2018